- Baxış sayı: 32
- 30 Mart 2026 19:51
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Qadın voleybolçuların Qızıl Avropa liqasının 4-cü turunun hakimləri açıqlanıb. Allsport.az saytı xəbər verir ki, mayın 30-da Bakıda 18:00-da start götürəcək Azərbaycan–Bolqarıstan oyununun əsas hakimi isveçrəli Kristian Volf olacaq. Ona həmyerlimiz Eldar Zülfüqarov köməklik edəcək.
Qızlarımız “E” qrupunda 2-ci yerdədir. İlk sıranı tutmaq üçün milli mütləq əzəv matçında qalib gəlməlidir. Yarışın final mərhələsi Macarıstanda olacaq. Keçən mövsüm Faiq Qarayevin komandası ilk dəfə keçirilməyə başlayan Avropa liqasını qazanıb.