- Baxış sayı: 38
- 03 Aprel 2026 18:22
- Baxış sayı: 84
- Aprel 03, 2026
- 0

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşdi.
Allsport.az xəbər verir ki, bu gün keçirilən tay-brek görüşlərində sensasiya qeydə alınıb.
Azərbaycan çempionatının ötən ilki qalibi Rauf Məmmədov gənc şahmatçı Read Səmədova uduzaraq yarışla vidalaşdı (2,5-3,5).
Məhəmməd Muradlı favoritlərdən sayılan Eltac Səfərliyə qalib gələrək adını yarımfinala yazdırdı (3-1). Daha bir favorit Nicat Abbasov isə Aydın Süleymanlıya məğlub olaraq çempionatı tərk etdi (1,5-2,5).
Qadınların yarışında Türkan Məmmədyarova tay-brekdə Nərmin Abdinovadan güclü oldu 3-1. Milli komandanın üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək yarımfinala vəsiqə qazandı 2,5-1,5.
Sabah Azərbaycan çempionatında yarımfinal başlayır.