Son Azərbaycan çempionu “Neftçi”yə uduzdu

Bu gün basketbol üzrə Azərbaycan çempionatında V tur çərçivəsində daha 2 matç keçirilib. Allsport.az xəbər verir ki, meydançaya əvvəlcə “Cəlilabad” və “Sumqayıt” klubları çıxıblar.

Ev sahibləri ardıcıl 2-ci qələbəni qazanıblar. Oyuna yaxşı başlayan “Cəlilabad” 1-ci periodda 13 xallıq üstünlük əldə edib. Şəhriyar Əsgərovun komandası sonadək hesabda irəlidə olublar və mövsümdə üçüncü qələbəni qazanıblar.

Günün ikinci görüşündə “Neftçi” çempion “Sabah” ilə üz-üzə gəlib. Oyun qonaq komandanın üstünlüyü ilə start götürsə də, “ağ-qaralar” 2-cü və 3-cü periodları qələbə ilə başa vurublar. Son periodda “Sabah”ın 10 xallıq qələbəsi də çempionu məğlubiyyətdən xilas etməyib.

15:00. “Cəlilabad” – “Sumqayıt” – 86:74 (24:11, 22:27, 22:22, 18:14)

18:00. “Neftçi” – “Sabah” – 96:93 (22:27, 29:19, 25:16, 20:31)

Həmin kateqoriyadan