- Baxış sayı: 10
- 22 Yanvar 2026 17:22
- Baxış sayı: 132
- Yanvar 21, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin yeddinci turu çərçivəsində keçirilən “Qarabağ” – “Ayntraxt” (Almaniya) matçının (3:2) ardından baş məşqçimiz Qurban Qurbanov fikrini açıqlayıb. Allsport.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Azarkeşlərimizi təbrik etmək istəyirəm. Bu qalibiyyət onların haqqı idi. Bütün oyunlarda bizimlə oldular. Bəlkə də, qalibiyyəti bizdən daha çox istəyən azarkeşlərimiz var idi. Onların duaları bizə böyük zəfər nəsib etdi. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Qələbə üçün təkcə istək, aqressiya yox, intizamlı oyun sərgilədilər. Sona qədər intizamı pozmamağı, qələbəyə inanmağı gördük. Futbolçularımız, azarkeşlərimiz və Azərbaycan futbolu adına çox sevindik”.
Baş məşqçi son turda “Liverpul”a qarşı keçiriləcək səfər görüşünə də toxunub: “Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil. İngiltərənin ən çılğın azarkeşləri olan klubudur. Həmin matçda futbolçularımdan çəkinmədən oynamağı tapşıracağam. “Enfild Roud” kimi stadionda oynamaq futbolçularıma böyük ləzzət verməlidir. Cənab Prezident İlham Əliyev də bizi təbrik edib. Sağ olsun, təşəkkür edirəm. Mən də cənab prezidenti və xalqımızı təbrik edirəm”.