Azərbaycan futbolunda tarix yazan məşqçi dünyasını dəyişdi

AFFA məşqçilər komitəsinin üzvü Böyükağa Hacıyev rəhmətə gedib. Allsport.az saytı xəbər verir ki, tanınmış mütəxəssis martın 16-da səhər dünyasını dəyişib. O, elə bu gün torpağa tapşırılıb.

Gələn ay 60 yaşlı qeyd etməyə hazırlaşan Böyükağa Hacıyev uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi. Çalışdırıcı ölkə futbolunda xidməti böyükdür.

Onun ən yadda qalan uğuru “Neftçi”nin baş məşqçisi olaraq komandanı bu idman növü tarixində ilk dəfə Avropa liqasının qrup mərhələsinə çıxarmasıdır.

Allah rəhmət eləsin!

Həmin kateqoriyadan