Azərbaycan kubokunun yarımfinalçıları

18-19 fevral basketbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları baş tutub.

Allsport.az xəbər verir ki, ilk 1/4 final oyununda “Ordu” klubu, “Sumqayıt” üzərində 15 xallıq fərqdən geridönüş edərək, 93:74 hesabı ilə qələbə qazanıb və yarımfinala vəsiqə qazanmış ilk komanda olub. Günün ikinci oyununda “Sabah” klubu, “Quba” üzərində 113:76 hesablı qələbəyə sevinib və yarımfinalda “Ordu” kollektivinə rəqib olub. İkinci oyun günündə 1/4 final mərhələsinin mərkəzi oyunu “Gəncə” və “Neftçi” klubları arasında keçirilib. Dramatik oyun sonunda geridönüş etməyi bacaran “Gəncə”, 95:92 hesabı ilə “Neftçi”dən güclü olub. “Gəncə”nin yarımfinalda rəqibi, “Abşeron Lions” üzərində 83:95 hesablı qələbə qazanmış “Şəki” klubu olacaq.

Yarımfinal oyunları (“Sabah” – “Ordu”, “Şəki” – “Gəncə”) 20 fevralda, final görüşü isə 22 fevralda Bakı idman sarayında keçiriləcək.

Həmin kateqoriyadan