- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0
Daim uşaq futbolunun inkişafına diqqət ayıran “Əlincə” Futbol Klubu bu yöndə əməli fəaliyyətini davam etdirir. Allsport.az xəbər verir ki, 2010-cu ildə iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən yaradılan “Əlincə”nin daha bir yetirməsi Turan Vəlizadə ötən gün Türkiyə nəhəngi “Fənərbaxça”nın düşərgəsinə baxışa yollanıb.
U-15 komandasının üzvü olan Vəlizadə qarşıdakı bir həftə ərzində “sarı-lacivərdlilər”in müvafiq yaş qrupunda yoxlanışdan keçəcək.
Xatırladaq ki, bir müddət öncə “Əlincə”nin daha bir yetirməsi Qara Qarayev İspaniyanın “Malaqa” klubunun düşərgəsində yoxlamadan keçmişdi.