- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında seçilmiş 5 nəfər – Elmar Əzizov, Cavid Fərzəliyev, Nihad Fərəci, Nihad Xəlilli və İbrahim Ağayarov ötən gün – avqustun 2-də İngiltərəyə yola düşüblər. Allsport.az xəbər verir ki, onlar ayın 7-dək “Mançester Yunayted” Yay Futbol Məktəbinin koordinatoru Ramin Həsənov və məktəbin köməkçi-məşqçisi Samir Ələkbərovun müşayiəti ilə İngiltərənin Mançester şəhərindəki Denston kollecində “Mançester Yunayted” Yay Futbol Məktəbində iştirak edəcəklər.