- Baxış sayı: 44
- 05 Dekabr 2025 20:03
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Bu gün “AHF arena”da həndbolçuların superliqasında 7-ci turun 2 oyunu keçirildi. Allsport.az saytı xəbər verir ki, qadınlarda mərkəzi görüşdə “Azəryol” yarış cədvəlinin öncülü “Qarabağ” ilə qarşılaşdı.
Üstün oyun nümayiş etdirən son ölkə çempionu ilk hissəni 16:12 irəlidə bitirdi. Təşəbbüsü 2-ci yarıda da əldən verməyən “yolçəkənlər” sonda 27:26 qalib gəldi.
Kişilərdə autsayderlər – “Təhsil” və “Dinamo” arasında da mübarizə gərgin keçdi. Bu dəfə sırf gənclərdən qurulan “polislər” daha təcrübəli rəqibə 1-ci yarıda 16:14 üstələdi.
2-ci hissədə oyunun gedişində “Təhsil” 4 həndbolçu ilə qaldı. Buna rəğmən toparlandı və axıra yaxın hesabda arasıda fərqi azaltsa da, yenilgidən qurtula bilmədi – 28:29.