- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

Kişi həndbolçulardan ibarət “Azəryol” klubu superliqanın 8-ci turunda “AHF arenada” ölkə çempionluğuna əsas iddialılardan olan “Qarabağ”a 36:29 hesabı ilə qalib gəlib. Komandanın xətlərarası oyunçusu Amin Mehdiyev qələbə sevincini allsport.az saytı ilə bölüşüb:
“Bu rəqibə ilk dövrədə uduzmuşduq. O üzdən cavab oyununda əvəz çıxmaq istəyirdik. Düzdür, bu görüşdə səhvlərimiz oldu, amma komanda olaraq bir-birimizi sığortalamağı bacardıq.
Baş məşqçi Vidadi Əliyevin taktikası özünü doğrultdu. Artıq bu qələbənin ovqatından ayrılıb növbəti matça hazırlaşırıq. Rəqib – yarış cədvəlinin öncülü Mingəçevirin “Kür” klubudur. Həmin qarşılaşmada da öz oyunumuzu göstərəcəyimizə inanırıq”.