- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 25-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb:
“Qəbələ” – “Kəpəz” matçında Gəncə klubunun azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. Stadiona dəymiş ziyan əsasında ev sahibinin təqdim edəcəyi hesab “sarı-göylər” tərəfindən ödənilsin.
“Sumqayıt” – “Səbail” matçının ikinci hissəsində “kimyaçılar”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.