- Baxış sayı: 35
- 20 Dekabr 2024 20:17
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında İtaliyanın Kassino və Cənubi Lasio Universitetinin rektoru, bu ölkənin ən böyük ali məktəblərindən olan Genuya Universitetinin təhsil şöbəsinin müdiri və Link Campus Universitetinin Erasmus proqramının koordinatoru ilə görüş kecirilib. Allsport.az saytı xəbər verir ki, idman tədrisi sahəsində təcrübəni bölüşmək və gələcək əməkdaşlıq haqqında imkanları müzakirə etmək məqsədilə keçirilən görüşün nəticəsi olaraq məşqçilərin hazırlanması, idman tibbi və idman menecmenti sahələrində davamlı əməkdaşlıq, yeni tədris proqramlarının hazırlanması, eyni zamanda müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Görüş zamanı bir sıra məsələlər, o cümlədən bioetika və idman etikası, biokimya və molekular biologiya sahəsində adaptiv mexanizmlərin mükəmmələşdirilməsinə yönələn yeni texnologiyalar və dopinq məsələləri, Akademiyada elmi-tədris laboratoriyanın yaradılması, məhdud fiziki imkanları olan tələbələrin tədrisə cəlb edilməsi məsələləri geniş müzakirə edilib. Qonaqlar Azərbaycanın son illər ərzində qazandığı idman uğurlarının ölkənin hazırkı inkişaf səviyyəsini və iqtisadi qüdrətini əks etdirdiyini vurğulayıb, Bakı–2015, əlalxüsus da Formula–1 Avropa qran-prisinin Azərbaycanda keçirilməsinin Vətənimizin idman ölkəsi kimi tanınmasında və beynəlxalq imicin yüksəlməsində böyük rol oynadığını xüsusilə qeyd ediblər.
Nəzərinizə çatdıraq ki, son zamanlar AzDBTİA beynəlxalq əlaqələrin inkişafı üçün ardıcıl işlər aparır. İdman təhsili sahəsində mövcud beynəlxalq təcrübəni və təhsil modellərini öyrənmək məqsədilə Akademiyanın nümayəndələri ABŞ, Almaniya, Türkiyə, Rusiya, Sloveniya, Latviya, Bolqarıstan, Belarus və s. ölkələrə ezam edilmiş, qarşılıqlı əməkdaşlıq əlaqələrini yaradılıb.