“Gələcəyə qulaq as” adlı sərgi

“Gələcəyə qulaq as” adlı sərgi

Gənclər və idman nazirliyi UNİCEF Azərbaycan ilə birgə dünya uşaqlar günü ilə əlaqədar “Gələcəyə qulaq as” adlı sərgi təşkil edib.

Allsport.az xəbər verir ki, COP29-un yaşıl zonasındakı gənclər evi pavilyonunda baş tutan sərgidə 20-dən çox ölkədən uşaqların iqlim fəaliyyətinə dair fikir və ideyaları süni intellekt vasitəsilə nümayiş etdirilib.

UNİCEF-in Avropa və mərkəzi Asiya üzrə regional ofisi tərəfindən hazırlanan sərginin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Dr. Saca Faruq Abdullah və gənc iqlim elçiləri iştirak ediblər.

Həmin kateqoriyadan