- Baxış sayı: 43
- 25 İyul 2024 16:04
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Azərbaycanın bədii gimnastı İlona Zeynalova Estoniyanın paytaxtı Tallində keçiriləcək beynəlxalq turnirdə finala vəsiqə qazanıb.
Allsport.az xəbər verir ki, o, ilk dəfə təşkil olunan “Tallin Open”də halqa və topda bu hüququ əldə edib.
Həlledici mərhələdə yığmamızın daha iki üzvü yarışacaq. Mədinə Dəmirova və Alina Məmmədova topla yarışda “8-liy”ə vəsiqə qazanıb.
Gənclərin yarışında Gövhər İbrahimova halqa və gürzlərlə, Şəms Ağahüseynova lentlə, İlahə Bahadırova isə topla yarışlarda medal uğrunda mübarizə aparacaqlar.