Bədii gimnastlarımızdan 4 qızıl və 2 gümüş

Estoniyada bədii gimnastika üzrə birinci “Tallinn Open” adlı beynəlxalq turnir başa çatıb.

Allsport.az xəbər verir ki, Azərbaycan millisi yarışda 4 qızıl və 2 gümüş medal qazanıb.

Böyüklər üzrə qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fərdi çıxışda İlahə Bahadirova topla hərəkətlərdə qızıl medal qazanıb. Gövhər İbrahimova qızıl (gürzlər) və gümüş (halqa), Şəms Ağahüseynova (lent) isə gümüş mükafata layiq görülüblər.

Həmin kateqoriyadan