- Baxış sayı: 77
- 23 İyul 2024 21:27
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
“Qəbələ” idman klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.
Allsport.az xəbər verir ki, 33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.
“Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.