Bəhlul Mustafazadə əməliyyat olunub

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

Allsport.az xəbər verir ki, çempionlar liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

Bəhlul Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Həmin kateqoriyadan