“Bəzən yaxşı müdafiə də qol buraxa bilər”

“Sumqayıt” premyer liqanın III turunda evdə “Şamaxı” ilə heç-heçə edib.

Allsport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Saşa İliç bunu deyib:

ƏBizim üçün çox çətin oldu. Hər iki tərəf də qələbə qazana bilərdi. İlk hissəni yaxşı oynasaq da, ikinci yarıda işlər istədiyimiz kimi alınmadı. Bəzən yaxşı müdafiə də qol buraxa bilər. Bugünkü oyunda bunun şahidi olduq. Məncə ilk 3 oyun üçün 7 xal kifayət qədər yaxşı nəticədir. Nəzərə alsaq ki hələ çempionatın startıdır, oyunçular bir-birinə tam alışmayıb. Zamanla bunlar düzələcək”.

Həmin kateqoriyadan