“Bahar turniri” Qəbələdə

AFFA-nın təşkilatçılığı ilə bu gün Qəbələdə, iyunun 8-də isə İsmayıllıda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.

Allsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil ediləcək yarışda ev sahiblərinin 8, İsmayıllı olimpiya idman kompleksində keçiriləcək turnirdə isə eyni sayda yerli komanda mübarizə aparacaq.

Hər region üzrə qrup və final oyunları eyni gündə baş tutacaq. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Həmin kateqoriyadan