Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

Bakı metropoliteni “Qarabağ”ın çempionlar liqasının 1-ci təsnifatında Polşanın “Lex” klubu ilə oyunu üçün gücləndirilmiş rejimdə işləyəcək. Allsport.az saytı xəbər verir ki, bu durumda ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. İyulun 12-də Tofiq Bəhramov adına respublika stadionunda tamaşaçı marağını nəzərə alaraq, iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək. Görüşün oynanılacağı mərkəzi arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq.

Bu xüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq. Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda Ağdam təmsilçisi rəqibinə 0:1 uduzub.

Həmin kateqoriyadan