- Baxış sayı: 27
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

“Qarabağ” çempionlar liqasında 3-cü ələməsinin ilk oyununda Şimali Makedoniyada “Şkendiya”ya 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu deyib:
“Belə oyunlarda sona kimi dözmək, sona kimi mübarizə aparmaq çox çətindir. Bunun öhdəsindən gəldiyimiz üçün, futbolçularıma təşəkkür edirəm. Düzdür, səhvlərimiz oldu, əsasən texniki, bununla belə, nəticə üçün oynamağı bacardıq. Rəqib barədə xoş söz demək istəyirəm:
Öncəki mərhələdə hər 2 oyunda qalib gəlmişdilər. Bu görüşdə onlar layiqli qələbə qazandıqlarını bir daha isbatladılar. Belə bir rəqiblə belə matçda qalib gəlmək üstünlükdür. Sözsüz ki, Bakıda daha diqqətli və ciddi olmalıyıq.
Futbolun gözəlliyi azarkeşlərin çoxluğudur. Bu gün stadionda 20 min tamaşaçı vardı. Biz belə böyük arenalarda oynamağa öyrəşmişik”.