Bakıda paracüdo üzrə qran-pri keçirilə bilər

Beynəlxalq görmə məhdudiyyətli idmançılar assosiasiyası yarışların yenilənmiş təqvimini dərc edib. Allsport.az xəbər verir ki, təqvimə əsasən, cari ilin noyabrında Bakıda paracüdo üzrə qran-pri yarışları keçirilə bilər.

Noyabrın 13-19-da paracüdo üzrə qran-pri, beynəlxalq təlim-məşq toplanışı və tibbi göz təsnifatının Bakıda keçiriləcəyi gözlənilir. Eyni zamanda, 2021-ci ilin mayında Bakıda paracüdo üzrə qran-pri yarışlarının keçirilməsi barədə Azərbaycan milli paralimpiya komitəsi ilə beynəlxalq görmə məhdudiyyətli idmançılar assosiasiyası arasında razılıq əldə edilib.

2021-ci ilin mayında keçiriləcək qran-pti Tokio-2020 yay paralimpiya oyunlarından əvvəl sonuncu təsnifat yarışı olacaq.

Cari ilin noyabrında keçirilməsi nəzərdə tutulan yarışla bağlı yekun qərar karantin rejiminin vəziyyətindən asılı olaraq qəbul ediləcək.

Həmin kateqoriyadan