- Baxış sayı: 91
- 10 Noyabr 2026 23:59
- Baxış sayı: 305
- Noyabr 09, 2026
- 0

Parakarateçilərimiz 28-30 noyabrda Misirin paytaxtı Qahirədə keçirilən dünya çempionatında çıxış edəcək.
Allsport.az xəbər verir ki, yarışda kişi parakarateçilərimizdən Ercan Aslan (K21), Vidadi Xalıqov (K30) və Eldar Əhmədov (K30), qadınlardan isə Emiliya Mitlinova (K10) ilə Aysel Əhmədli (K10) mübarizə aparacaqlar.
Milli komandamızı yarışa baş məşqçi Rənad Əliyev çıxaracaq.