Bakılı dünya çempionu şahmata qayıdır – “Grand Chess Tour”da oynayacaq

13-17 avqustda ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində Böyük şahmat turunun 4-cü mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda uzun aradan sonra bakılı dünya çempionu Harri Kasparov iştirak edəcək. 10 qrossmeysterin mübarizə aparacağı rəqabətdə dairəvi sistemlə 1 dövrə rapid, 2 dəfə sürətli oynanılacaq.

Azərbaycan şahmat məktəbinin yetirməsindən başqa, qələbə uğrunda Levon Aronyan (Ermənistan, 2809), Fabiano Karauna (2807), Xikaru Nakamura (hər ikisi – ABŞ, 2792), Vişvanatan Anand (Hindistan, 2783), Sergey Karyakin (2773), Yan Nepomnyaşşi (Rusiya, 2742), Lenyer Dominges (Kuba, 2739), David Navara (Çex Respublikası, 2737) və Le Kuanq Lyev (Vyetnam, 2726) mücadilə edəcəklər.

 

Həmin kateqoriyadan