- Baxış sayı: 16
- 24 İyun 2026 11:01
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-Qadisiyyə” klubu Brendan Rocersin komandanın baş məşqçisi təyin edilməsi barədə razılığa gəlib.
Allsport.az xəbər verir ki, irlandiyalı mütəxəssis bu postda istefaya göndəriləcəyi gözlənilən Mikeli əvəzləyəcək.
62 yaşlı ispan mütəxəssis komandaya 2023-cü ilin oktyabrından rəhbərlik edir.
Cari mövsümdə “Əl-Qadisiyyə” Səudiyyə Ərəbistanı pro liqasının turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.
52 yaşlı Brendan Rocers oktyabrda “Seltik”dən ayrıldıqdan sonra işsizdir.