- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Lans”a növbəti maliyyə dəstəyi üçün “Bank of Azerbaijan” hərəkətə keçib. Allsport.az saytı xəbər verir ki, Fəaliyyətini yenidən bərpa edən bank mayda Fransa klubu ilə yeni əməkdaşlıq müqaviləsi bağlayacaq. Bu barədə Sportinfo.az-a banka yaxın mənbədən məlumat verilib.
Hafiz Məmmədov ona məxsus biznes strukturunu mayda tamamilə ayağa qaldırmağı planlaşdırıb. “Bank of Azerbaijan” bu məsələdə “Lans”ın əsas himayədarı olacaq. Belə ki, gələn ayadək bankın bütün djondurulmuş hesabları açılacaq. Hələlik Azərbaycan Mərkəzi Bankı “Lans”la iş adamı arasında körpü rolunu oynayır.
“Lans”ın prezidenti Jerve Martel Bakıya son səfərində bank sektorunda önəmli çəkiyə malik şəxslərlə görüşüb. Fransalı qonağı bildirilib ki, Azərbaycan tərəfi onlarla hələ uzun illər çalışmaq niyyətindədi və “Land of fire Azerbaijan” brendi ilə yeni-yeni uğurlar qazanılacaq. “Lans” Liqa 2-də mübarizə aparsa belə, kluba münasibət dəyişməyəcək, ilk ildəkindən də yüksək səviyyədə dəstək veriləcək.