“Barselona” yetirməsini qaytarır

“Barselona” öz yetirməsi olan və hazırda “Real Betis”də uğurla çıxış edən Abde Ezzalzulini geri qaytarmağı planlaşdırır.

Allsport.az xəbər verir ki, Kataloniya təmsilçisi 24 yaşlı mərakeşli hücumçunun cari mövsümdəki performansını yüksək qiymətləndirir. Forvard bu mövsüm çıxdığı 28 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Barselona” rəhbərliyi Abdenin transferinin komandanın hücum xəttini əhəmiyyətli dərəcədə gücləndirəcəyinə inanır.

Abdenin “Betis”lə 2029-cu ilin yayına qədər müqaviləsi olsa da, “Barselona”nın onun transferində üstünlük hüququna malik olduğu bildirilir.

Həmin kateqoriyadan