- Baxış sayı: 23
- 08 Yanvar 2026 21:39
- Baxış sayı: 12
- Yanvar 05, 2026
- 0

“Barselona”nın və İspaniya millisinin gənc ulduzu Fermin Lopes karyerasında gözlənilməz dönüş edə bilər.
Allsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Sanderlənd”in hədəfinə düşüb.
İngiltərə klubu bu transfer üçün 70 milyon funt-sterlinqdən (təxminən 83 milyon avro) keçməyə hazırdır. “Sanderlənd” rəhbərliyi Lopesi klubun yeni və iddialı layihəsinin mərkəzi fiquru kimi görür.
Maliyyə çətinlikləri ilə mübarizə aparan “Barselona”nın bu cəlbedici təklifi ciddi şəkildə dəyərləndirdiyi bildirilir. Hans-Diter Flikin planlarında mühüm yer tutmasına baxmayaraq, belə bir məbləğ klubun iqtisadi vəziyyətini xeyli yaxşılaşdıra bilər.