“Barselona”da qalacaq

“Barselona” qış transfer pəncərəsində gənc ulduzu Runi Baracji ilə bağlı gələn bütün təklifləri geri çevirib.

Allsport.az xəbər verir ki, baş məşqçi Hansi Flik 19 yaşlı isveçli futbolçunun komandada qalmasını tələb edib. Lamin Yamalın əvəzləyicisi hesab olunan Baraci ilə “Portu” və digər Avropa klubları yaxından maraqlanırdı.

Klub rəhbərliyi hesab edir ki, mövsümün ikinci yarısında bütün titullar uğrunda mübarizədə gənc istedadın xidmətinə ehtiyac duyulacaq.

Həmin kateqoriyadan