- Baxış sayı: 36
- 27 Fevral 2026 23:50
- Baxış sayı: 56
- Fevral 26, 2026
- 0

“Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq komandanın son məşqində zədələnib.
Allsport.az xəbər verir ki, 28 yaşlı futbolçu cümə axşamı səhər saatlarında keçirilən məşqi bud nahiyəsindəki kəskin ağrılar səbəbindən yarımçıq tərk edib.
İlkin tibbi müayinələr oyunçunun dizaltı vətərinin yırtıldığını təsdiqləyib. De Yonqun bərpa prosesinin ən azı bir ay çəkəcəyi gözlənilir.
Frenki de Yonq cari mövsümdə “Barselona”nın heyətində 31 oyuna çıxıb, bir qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.