”Barselona”dan “Milan”a

“Milan” “Barselona”nın müdafiəçisi Andreas Kristenseni almaq niyyətindədir.

Allsport.az xəbər verir ki, milanlılar 29 yaşlı futbolçunu transfer pəncərəsi bağlanana qədər satın almaq üçün müqaviləni yaxın vaxtlarda başa çatdırmaq istəyir. Lakin əsas çətinlik oyunçunun qiyməti ola bilər, çünki kataloniyalılar 30 milyon avro tələb edirlər. 

Ötən mövsüm Kristensen bütün turnirlərdə 6 oyun keçirib və qol vurmayıb.

Həmin kateqoriyadan