”Barselona”dan rekord

“Barselona” İspaniya superkubokunun yarımfinalında “Atletik Bilbao”nu 5:0 hesabı ilə darmadağın edərək turnir tarixinə yeni rekordla düşüb.

Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən matçın ilk hissəsində rəqib qapısından dörd top keçirən kataloniyalılar, turnirin yarımfinal mərhələsinin ilk 45 dəqiqəsində bunu bacaran ilk komanda olub. İkinci hissədə Rafinyanın dublu ilə qələbəni rəsmiləşdirən “Barselona” yanvarın 11-də baş tutacaq finalda “Real Madrid” – “Atletiko Madrid” cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan