“Barselona”nın yarımmüdafiəçisi ərəblərin hədəfində

“Əl-Qadisiya” klubu “Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmonu heyətinə qatmaqda maraqlıdır.

Allsport.az xəbər verir ki, ərəb klubunun rəhbərliyi 27 yaşlı futbolçunun bir neçə oyununu stadiondan canlı izləyib. Lakin hələlik transferlə bağlı rəsmi təklif göndərilməyib.

Olmo hazırda Kataloniya təmsilçisində xoşbəxtdir və komandadan ayrılmaq barədə düşünmür. “Barselona” rəhbərliyi də təcrübəli oyunçunun xidmətində maraqlıdır və onu buraxmaq niyyətində deyil.

Dani Olmo cari mövsümdə “göy-qırmızılar”ın heyətində bütün turnirlərdə 38 matça çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla 2030-cu ilin yayına qədər qüvvədə olan müqaviləsi var.

Həmin kateqoriyadan