“Barselona”nın yeni 10 nömrəsi

“Barselona”nın hücumçusu Lamine Yamal növbəti mövsümündən etibarən 10 nömrə altında çıxış edəcək. Allsport.az xəbər verir ki, bu barədə klub 18 yaşlı futbolçu ilə müqavilənin uzadılması şərəfinə keçirilən rəsmi mərasimdə məlumat yayıb.

2008-ci ilin iyulundan 2021-ci ilin iyununa qədər Lionel Messi “Barselona”da 10 nömrə altında çıxış edib. Argentinalı klubu tərk etmək məcburiyyətində qaldıqdan sonra bu nömrə zədələr səbəbindən özünü reallaşdıra bilməyən və cari mövsümdə “Monako”ya icarəyə getmiş Ansu Fati idi. Yamal daha əvvəl 19 nömrə altında oynayırdı.

Lamin Yamal ötən mövsüm 55 matçda 18 qol vurub və 25 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan