“Barselona”ya ulduz transferi vədi

“Barselona”nın prezidentliyinə namizəd Uilyam Meddok seçiləcəyi təqdirdə Ronaldinyo səviyyəsində “transfer bombası” partladacağını vəd edib.

Allsport.az xəbər verir ki, o, “El Chiringuito” proqramında bildirib ki, DÇ-2026-dan sonra əvvəllər “Barsa”da oynamış böyük bir ulduzu geri gətirmək üçün danışıqlar aparır.

Meddokun sözlərinə görə, həmin futbolçu hazırda İngiltərədə çıxış etmir, lakin danışıqlar məhz orada aparılır. O, bu vədin 2003-cü ildəki Bekhem və Ronaldinyo transferləri qədər səs-küylü olacağını iddia edib. Seçkilər 2026-cı ilin martına planlaşdırılır.

Həmin kateqoriyadan