- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger mövsümün sonunda “Tottenhem” klubuna keçə bilər. Allsport.az xəbər verir ki, London təmsilçisi müqaviləsi bu yay başa çatacaq 32 yaşlı alman futbolçunu yenidən İngiltərəyə qaytarmaq üçün hərəkətə keçib.
Rüdiger “Real”da qalmaq üçün maaşının azaldılmasına razı olsa da, hələlik yeni müqavilə imzalamayıb və yenidən premyer liqada oynamaq istəyini gizlətmir. Onun transferi uğrunda Londonun digər təmsilçiləri “Vest Hem” və “Kristal Pəlas”, həmçinin Səudiyyə Ərəbistanı klubları da mübarizə aparır.