Baturina “A” seriyasında

“Komo” “Dinamo Zaqreb”in yarımmüdafiəçisi Martin Baturinanı transfer edəcək.
Allsport.az xəbər verir ki, artıq tərəflər arasında bütün razılıqlar əldə olunub.

Xorvatiya klubu 22 yaşlı futbolçusunun keçidindən 25 milyon avro qazanc əldə edəcək.
Baturina “A” seriyası təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq. O, başa çatan mövsümdə 45 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan