“Bavariya”da Harri Keyn şoku

“Bavariya”nın futbolçusu Harri Keyn zədə səbəbindən çempionlar liqasının 1/4 finalında “Real”a qarşı oynamamaq təhlükəsi ilə üzləşib.

Allsport.az xəbər verir ki, İngiltərə millisinin məşqində ayağından zədə alan hücumçu yığmanın son oyunlarını qaçırıb.

Bu mövsüm 40 matçda 48 qol vuran 30 yaşlı forvardın son vəziyyəti bu gün keçiriləcək tibbi müayinədən sonra məlum olacaq.

Münhen klubu aprelin 7-də baş tutacaq çətin səfər öncəsi əsas silahını itirmək istəmir.

Həmin kateqoriyadan