“Bavariya”dan “Milan”a

“Milan” “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzkanı transfer etmək niyyətindədir.

Allsport.az xəbər verir ki, İtaliya təmsilçisi gələn yay azad agent statusu alacaq 30 yaşlı futbolçu ilə bağlı ilkin maraqlanma edib.

Almaniya klubu əsas heyətdəki yerini itirən oyunçuya maaşının azaldılması şərti ilə yeni müqavilə təklif etsə də, tərəflər hələ razılığa gəlməyib.

Qoretzka üçün mübarizədə “Milan”ın əsas rəqibləri “Barselona” və “Atletiko Madrid” klublarıdır.

Həmin kateqoriyadan