- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 214
- Mart 25, 2026
- 0

“Bavariya”nın qapıçısı Yonas Urbiq antirekord müəyyənləşdirib.
Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu buna Münhen təmsilçisinin heyətində meydana çıxdığı debüt beş oyunun hamısında qol buraxaraq imza atıb.
O, “Bavariya” ilə bundesliqada ardıcıl 5 matçın hər birində (“Bohum” – 2:3, “Yunion” – 1:1, “Sankt-Paulu” – 3:2, “Auqsburq” – 3:1 və “Borussiya Dortmund” – 2:2) qapısında qol görüb.