- Baxış sayı: 31
- 13 Mart 2026 13:22
- Baxış sayı: 458
- Mart 12, 2026
- 0

“Bavariya”nın futbolçuları Coşua Kimmix və Maykl Olise çempionlar liqasının 1/8 final mərhələsində “Atalanta”ya qarşı keçirilən ilk oyunda (6:1) bilərəkdən sarı vərəqə almaq iddiaları ilə bağlı cəzadan xilas olublar.
Allsport.az xəbər verir ki, hər iki oyunçu dörddəbir final mərhələsini buraxmamaq üçün vərəqə limitini doldurmaq məqsədilə xəbərdarlıq alıblar.
Bu taktika normalda bir neçə oyunluq cəzaya səbəb ola bilsə də, UEFA-nın intizam hesabatında hər hansı şübhəli məqam aşkar edilməyib. Matçın baş hakimi Espen Eskas hər iki futbolçunun davranışında şübhəli heç nə qeydə alınmadığını və oyunsonrası tutumlarının bu qərarda mühüm rol oynadığını bildirib. Keçmiş referi Manuel Qrafe isə qeyd edib ki, qəsdən alınan vərəqələr sübut olunarsa, bu, iki oyunluq diskvalifikasiya ilə nəticələnə bilərdi.
Beləliklə, dörddəbir finalda “Real Madrid” – “Mançester Siti” cütünün qalibi ilə qarşılaşacaq Münhen təmsilçisi hər iki aparıcı oyunçusunun xidmətindən yararlana biləcək.