Kurtinaytis yenidən Azərbaycanda! Bu dəfə “Sabah”ın baş məşqçisi oldu

Tanınmış basketbol mütəxəssisi, olimpiya və Avropa çempionu Rimas Kurtinaytis “Sabah” baketbol klubunun baş məşqçisi təyin olunub.

Allsport.az xəbər verir ki, 63 yaşlı litvalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan Rimas Kurtinaytis oyunçu kimi “Jalgiris” (Litva), SSKA (Rusiya), “Real Madrid” (İspaniya) klublarının şərəfini qoruyub.

O, 3 dəfə Avropa kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa kubokunun qalibi olub.

2010/2011 mövsümündə “Ximki” klubu ilə VTB liqasının çempionu olub. Kurtinaytisin məşqçi kimi hesabında VTB liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.

Həmin kateqoriyadan