BCF-in hakimlər üzrə baş direktorunun hakimlər və məşqçilər üçün seminarı başa çatıb

Bakıda beynəlxalq cüdo federasiyasının hakimlər üzrə baş direktoru Daniel Laskaunun iştirakı ilə seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda ACF-in hakimləri, bütün yaş qrupları üzrə milli komandaların məşqçiləri, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən klublar, cəmiyyətlər və idman təşkilatlarının məşqçiləri olmaqla ümumilikdə 150 nəfər iştirak edib. 

Məşğələ zamanı ümumilikdə cüdo idman növünün qaydaları, olimpiya dövrü üçün tətbiq olunan yeni qaydalar, müxtəlif cüdo texnikaları, onların təhlükəsiz tətbiqi və mübahisələrə səbəb olan epizodlar iştirakçılara izah edilib. Təlimdə yeni qaydalar və müxtəlif vəziyyətlər əyani formada tatami üzərində də nümayiş olunub.

Seminarın sonunda ACF Prezidentinin müşaviri Natiq Bağırov cüdo federasiyası adından qonağa təşəkkür plaketi təqdim edib. Daha sonra məşqçilərə və hakimlərə seminarda iştiraklarına görə sertifikatlar verilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish