- Baxış sayı: 55
- 18 Mart 2025 20:25
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
Azərbaycan ağırlıqqaldırma federasiyasının (AAF) prezidenti Kamran Nəbizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi ilə görüşü keçirilib. Allsport.az saytı xəbər verir ki, söhbət zamanı bir çox məsələlər müzakirə olunub. Onlardan biri də 2 ölkənin ağırlıqqaldırma federasiyaları arasında dostluq və əməkdaşlıq məsələləri olub.
Kamran Nəbizadə, AAF-ın fəaliyyəti, görülən işlər, əldə edilən nailiyyətlər və gələcək planlar barədə səfiri məlumatlandırıb. Söhbət zamanı federasiyalar arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, müxtəlif yaş qrupları üzrə birgə təlim-məşq toplanışlarının keçirilməsi və digər bu kimi addımların atılmasının vacibliyi vurğulanıb.
Səfir əl-Bluşi görüşün səmərəli keçdiyini, ağırlıqqaldırma idman növünün qarşılıqlı inkişaf etdirilməsinin ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi və tərəqqisinə təkan verəcəyini qeyd edib.