Belarusla ilk oyunda məğlubiyyət

Qadın futbolçulardan ibarət Azərbaycan komandası bu gün yoxlama oyunu keçirib.

Allsport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Belarus yığması ilə üz-üzə gəlib. 

Jodinodakı “Torpedo” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Belarusun heyətində Anastasiya Şuppo (37), Anastasiya Şlapakova (55) və Viktoriya Valyuk (90) fərqləniblər.

Azərbaycan seçməsi iyulun 1-də də Belarusla qarşılaşacaq.

Həmin kateqoriyadan