- Baxış sayı: 15
- 01 Yanvar 2026 17:53
- Baxış sayı: 154
- Dekabr 31, 2025
- 0

“Transfermarkt” dünyanın ən dəyərli yarımmüdafiəçilərinin reytinq siyahısını açıqlayıb.
Allsport.az xəbər verir ki, siyahıya “Real Madrid”in və İngiltərə millisinin üzvü Cud Bellingem başçılıq edir. 22 yaşlı futbolçunun bazar dəyəri 160 milyon avro qiymətləndirilir.
Reytinqdə ikinci pillədə “Barselona”nın ispaniyalı oyunçusu Pedri (140 milyon avro), üçüncü yerdə isə “Bavariya”nın üzvü Camal Musiala (130 milyon avro) qərarlaşıb.
İlk onluqda yer alan digər futbolçular:
• Kol Palmer (“Çelsi”) — 120 milyon avro;
• Federiko Valverde (“Real Madrid”) — 120 milyon avro;
• Deklan Rays (“Arsenal”) — 120 milyon avro;
• Moyses Kaysedo (“Çelsi”) — 110 milyon avro;
• Joau Neveş (PSJ) — 110 milyon avro;
• Florian Virtz (“Liverpul”) — 110 milyon avro;
• Vitinya (PSJ) — 110 milyon avro.