- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 62
- Mart 02, 2026
- 0

“Monako”nun sabiq hücumçusu Vissam Ben-Yedder karyerasını Mərakeşin “Vidad” klubunda davam etdirəcək.
Allsport.az xəbər verir ki, 35 yaşlı futbolçu yeni klubu ilə 6 aylıq müqavilə imzalayıb.
Razılaşmaya əsasən, sözləşmənin müddəti daha bir il uzadıla bilər. Mərakeş liderinin heyətində o, Hakim Ziyeş və Nordin Amrabat kimi ulduzlarla komanda yoldaşı olacaq.
Ben-Yedder son olaraq “Sakaryaspor”da oynayıb.