- Baxış sayı: 41
- 03 Mart 2026 22:11
- Baxış sayı: 62
- Mart 02, 2026
- 0

“Əl-İttihad” hücumçusu Kərim Benzema ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Allsport.az xəbər verir ki, klub rəhbərliyi 38 yaşlı fransalıya 2028-ci ilin yayınadək nəzərdə tutulan yeni müqavilə təklif edib. Hazırkı sazişin müddəti bu il iyunun 30-da başa çatır. Tərəflər arasında danışıqların davam etdiyi və ortaq məxrəcə gəlməyə yaxın olduqları bildirilir.
Benzema cari mövsümdə Səudiyyə liqasında keçirdiyi 10 matçda 7 qol vurub. Ümumilikdə isə o, bütün turnirlərdə 17 oyuna çıxaraq 15 qol müəllifi olub.