- Baxış sayı: 32
- 13 Mart 2026 19:37
- Baxış sayı: 54
- Mart 13, 2026
- 0

“Monako”nun 19 yaşlı hücumçusu Corc İlenixena Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna transfer olunub. Allsport.az xəbər verir ki, Nigeriya əsilli futbolçu yeni komandası ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Keçidin dəyəri əlavələrlə birlikdə 33 milyon avro təşkil edir. İlenixena bu mövsüm “Monako”nun heyətində 20 oyunda 4 qol vurub. O, komandadan ayrılan Kərim Benzemanın əvəzləyicisi kimi transfer edilib.