- Baxış sayı: 20
- 25 Mart 2026 22:56
- Baxış sayı: 190
- Mart 25, 2026
- 0

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzianın yeni klubu müəyyənləşib.
Allsport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Fayha” komandasına keçib.
Əlcəzairli oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Yassin Benzia 2023-cü ildən Ağdam təmsilçisinin şərəfini qoruyurdu.